Fəxrəddin Əzizov Feyruz oğlu

Ambulator kitabça: 147/2021
Qeydiyyat tarixi: 02.03.2021
Tarix Prosess Həkim Qeyd Diaqnoz Dərmanlar
1 04.07.2024 Stasionar müayinə Dr.Ramil Hüseynzadə Xəstə Əzizov Fəxrəddin Feyruz oğlu, 1982-ci il təvəllüdlü Cəlilabad RMX-nin”F20.0 Şizofreniya paranoid forma” diaqnozlu göndərişinə görə Lənkəran ŞPX-ya qəbul olundu. Əsas anamnez məlumatları “Qəbul məlumatları anketi”-də qeyd olunmuşdur. Qardaşının bildirdiyinə görə, “Əsgərlikdən gəldikdən sonra xəstələndi. 15 ildən çoxdur ki, xəstədir. İlk başlarda tində, kənarda sakit-sakit öz-özünə danışırdı. Evin üstünə daş atırdı. Gecələr yatmırdı. Maşınlardan gizlənirdi.” 1 ildə 2 dəfə Salyan RPX-da stasionar müalicə qəbul etdi. 2 dəfə də Lənkəran ŞPX-da ambulator müalicə qəbul etdi. Evdə qəbul etdiyi dərmanlar: Cyclodol, Fenazepam, Triftazin. Qardaşının bildirdiyinə görə, son günlərdə gecələr yatmır, öz-özünə danışır, qaçır evdən. Gecə durur, “məni çağırırlar” deyir. Somatik status: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları avazımışdır. Daxili orqanlarının ilkin müayinəsi zamanı kobud üzvi patologiya aşkar olunmadı. Qarnı yumşaqdır. Tənəffüsü vezikulyardır. Boyu 164 sm, çəkisi 65 kq, arterial təzyiqi isə 120/80-a bərabərdir. Nəbzi 79, saturasiyası 96%-ə bərabərdir. Nevroloji status: MSS ilkin müayinəsi zamanı kobud üzvi patologiya müşahidə olunmur. Psixi status: Düşüncəsi aydındır. Ünsiyyətə meyilli deyil. Zahirən səliqəsizdir. Suallardan qaçır. Daxili dünyasını bölüşmür. Eyni suala bir neçə təkrardan sonra cavablar verir. Emosional özünəqapanıqdır. Əhvalı stabildir.
F20.0 - Paranoid şizofreniya
2 09.07.2024 HPK rəyi Dr.Ramil Hüseynzadə Düşüncəsi aydındır. Ünsiyyətə gərgin formada daxil olur. Nitqi aydındır, səs tonu alçaqdır. Suallardan yayınır. Etdiklərini qəbul edir, lakin səbəbini izah etməkdə çətinlik çəkir. Daxili dünyasını bölüşməyə meyilli deyil. Konfliktə meyilidir. Kooperativ deyil. Göz kontaktından qaçır.Affekti hamarlaşıb, affektiv intervalı məhduddur. Əhval-ruhiyyəsi enikdir.
F20.0 - Paranoid şizofreniya
3 12.08.2024 Stasionar müayinə Dr.Ramil Hüseynzadə Xəstə 04.07.2024-12.08.2024 tarixlərində stasionar müalicə qəbul etdi.
F20.0 - Paranoid şizofreniya
Risperidon tab 4mg 1x2
Triheksifenidil (Cyclodol) tab 2 mg 2x1
Fenazepam tab 1mg 1x1
Yeni gündəlik əlavə edin
Çağırışçı stasionar müayinəyə qəbul olundu.
Çağırışçı stasionar müayinədən evə yazıldı.
Çağırışçı ambulator müayinə olundu
Xəstə ambulator müayinə olundu
Xəstə stasionar müayinəyə qəbul olundu.
Xəstə stasionar müalicədən evə yazıldı
Xəstəyə imtiyazlı dərman yazıldı.
Əlavə et
Əlavə et